Home page
Send mail
Forward
Back











QLOSSARİ

Təqdim edilmiş qlossaridə gender nəzəriyyəsi və feminizmin əsas anlayışları vardır. Daha əsaslı anlayışlar üçün Qadın terminologiyaları Tezaurusuna müraciət etməyi məsləhət görürük.




"ÇAYNİKLƏR" ÜÇÜN GENDER

"Çayniklər üçün gender" kursu 2006-cı ildə Henrix Byol adına Fond tərəfindən buraxılmış eyni adlı kitabın materialları əsasında yaradılmışdır.
Bu kitab, həyatlarında heç olmazsa bir dəfə "cinsləri" onların "tavanı" olması problemi ilə üzləşən qadınlar və kişilər üçün yazılmışdır.




RESPUBLİKA GENDER TƏHSİLİ ŞƏBƏKƏSİ

Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. QŞP Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çoxillik və hərtərəfli layihəni yerinə yetirən ilk və yeganə donor təşkilatı idi.
Bu kitab, həyatlarında heç olmazsa bir dəfə "cinsləri" onların "tavanı" olması problemi ilə üzləşən qadınlar və kişilər üçün yazılmışdır.




Gender təhsili resurslarının katalogu


Gender təhsili resurslarının katalogu,- Bakı, Adiloğlu, 2007, 137 s, ISBN 9952-8021-3-7

Gender təhsili resurslarının katalogu Azərbaycan Gender İnformasiya Mərkəzi tərəfindən hazırlanıb və nəşr edilib.

 

Bu nəşr ACİ Yardım Fondu xeyriyyə təşkilatının verdiyi qrant məbləğindən maliyyələşdirilmişdir.

 

QŞP-nin bütün fəaliyyətini əhatə etmək iddiasında olmayaraq, biz qeyd etmək istəyirik ki, «Açıq Cəmiyyət» İnstitutunun Qadın Şəbəkə Proqramı Azərbaycanda gender təhsili üzrə uzun müddətli və çoxprofilli layihə başlayan ilk donor təşkilatı idi. Kataloq bu fəaliyyətin əsas istiqamətlərini əks etdirir və alınmış nəticələrlə tanış edir: işlənib-hazırlanmış tədris proqramları və vəsaitləri, nəşr olunmuş kitablar, keçirilmiş məktəb və seminarlar, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, milli gender portalının yaradılması, virtual resursların təqdim edilməsi, kitabxana resurslarının formalaşdırılması - bütün bunlar, təhsil sahəsində gender biliklərinin institutlaşdırılmasının mühüm mərhələləri oldu.

Kataloqun yaradılması ideyası ilk dəfə İstanbulda (Türkiyə, iyul 2003-cü il) keçirilən «Açıq Cəmiyyət» İnstitutu Qadın Şəbəkə Proqramı koordinatorlarının illik görüşündə səsləndi. Kataloq Sosial və Gender siyasəti İnstitutu (Rusiya) tərəfindən məxsusən Beynəlxalq «Gender təhsili: nəzəriyyə və təcrübə» konfransında (Özbəkistan, Buxara, 4-5 noyabr 2003-cü il) təqdim edilmək üçün hazırlanmışdır. Burada postsovet məkanının 12 ölkəsindən və Monqolustandan gender tədqiqatçıları və müəllimləri iştirak edirdilər. Planlaşdırılan kataloq işin miqyasını və əsas istiqamətlərini müəyyənləşdirməli və «know-how» kimi istifadə edilməli idi, «milli humanitar təfəkkürün vücuduna genderin «peyvənd edilməsi» üçün xüsusi sosial və təşkilati texnologiyalar haqda təsəvvür yaradan məcmuə. Bütün bu kurslar, portallar, kitablar, nəhayət (əslində isə ilk növbədə) insanlar (qadınlar və kişilər), mütəxəssislər (öz əməkləri ilə yeni gender məkanı yaradanlar) fəaliyyətdə olan ciddi resurs kimi çıxış edirlər. Öz ölkəsində gender təhsilinin inkişafı ilə maraqlanan və məhsuldar əməkdaşlığa hazır olan hər kəs bu resurslardan istifadə edə bilər»[1]

«Azərbaycanda gender təhsili üçün resurslar» kataloqu keçən onilliklər ərzində təhsil sahəsində gender biliklərinin institutlaşdırılmasından əldə olunmuş nəticələr haqda təsəvvür yaradır. Kataloqda gender təhsili və gender tədqiqatları sahəsində işləyən mütəxəssislər üzrə verilənlər bankı mövcuddur, ölkədə olan müxtəlif ənənəvi və virtual resurslar işıqlandırılır.

Bu icmal nəticə çıxarmağa imkan verir ki, Pekin konfransından keçən onilliklər ərzində Azərbaycanda gender təhsili ilə bağlı vəziyyət həqiqətən dəyişmişdir: hərçənd «həssas-gender elmi-tədris birliyi»nin yaradılması ləng gedir və öz yolunda, həm ali məktəbin ənənəvi metodikaları, həm də cəmiyyətin mental stereotipləri ilə bağlı ciddi problemlərlə qarşılaşır. Artıq «gender» müasir milli sosial və humanitar biliklər sistemində «həyat məkanı» qazanır.

Verilmiş kataloq Sosial və Gender siyasəti İnstitutu (Rusiya) tərəfindən işlənib-hazırlanmış, "Təhsil resursları kataloqu"nun metodoloji sxemi və mənbə təsviri çərçivəsində yerinə yetirilmişdir. Axtarışın asanlaşdırılması üçün bütün göstərilmiş materiallar, beynəlxalq təcrübə tərəfindən qəbul edilmiş əlifba sırasının kataloqlaşdırılması şəklində təqdim edilmişdir[2].

Həcmin məhdudlaşdırılması zərurətini nəzərə alaraq, biz respublika və şəhər qəzetlərinin məqalələrini daxil etməmişik, onlarla tanış olmaq istəyənlər www.gender-az.org. milli gender portalına müraciət edə bilərlər.



[1] Gender təhsili: nəzəriyyə və təcrübə. Buxara, 2003, səh. 67.

[2] Principles of Cataloguing in Modern Libraries. University of Illinois Press, 2004.  The Catalogue in Female Libraries. IIAV(International Information Achieve for Women)/ Amsterdam, 2000. The Electronic Catalogue And the Description of Resources. American Librarian Review, Vol.46, N4, 2002

http://catalog.ru/library/practice/rfelec-dor/

 

SAYTIN YENİLİKLƏRİ

AGİM komandasının işləyib-hazırladığı və həyata keçirdiyi "Gender proqnozlaşdırılması" interaktiv treninqin materialları ilə burada tanış olmaq olar.

AGİM komandasının işləyib-hazırladığı və həyata keçirdiyi "Vətəndaş cəmiyyətinin informasiya-ekoloji resursları" interaktiv treninq materialları ilə burada tanış olmaq olar.




GENDER TƏHSİLİ RESURSLARININ KATALOQU

Kataloq bu fəaliyyətin əsas istiqamətlərini əks etdirir və alınmış nəticələrlə tanış edir: işlənib-hazırlanmış tədris proqramları və vəsaitlər, nəşr edilmiş kitablar, keçirilmiş məktəblər və seminarlar, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, milli gender portalının yaradılması, virtual resursların təqdim edilməsi, kitabxana resurslarının formalaşdırılması.




QƏRB UNİVERSİTETİ YANINDA GENDER ARAŞDIRMALARI MƏRKƏZİ

Qərb Universiteti yanında Gender Araşdırmaları Mərkəzi 2000-ci ilin iyun ayında yaradılmışdır.

Mərkəzin missiyası:
# Azərbaycan cəmiyyəti üçün yeni olan sosial həyatın analizinə gender yanaşmasının inkişafı və yayılması; # Elmi tədqiqatlara və təhsil proqramlarına gender yanaşmasının inteqrasiyası.

Gender Tədqiqatları Mərkəzinin fəaliyyəti
aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir: - Qadın və gender tədqiqatlarının keçirilməsi; - Gender nəzəriyyəsinin sosial və humanitar elmlərə inteqrasiyası; - Elmi və ictimai əlaqələrin inkişafı; - Konfrans, seminar və simpoziumların keçirilməsi və onlarda iştirak; - Təhsilə yardım edən və elmi-maarifçilik fəaliyyəti; - Gender Tədqiqatları Mərkəzinin nəşrləri.




"GENDER VƏ İNSAN HÜQUQLARI"

Bölmə "Gender inkişafda" PROON layihəsi çərçivəsində yaradılmış eimi-tədqiqat birliyinin fəaliyyətini açıqlayır.




ŞİFAHİ TARİXÇƏLƏR

Bölmədə XX əsrdə Azərbaycanın siyasi və mədəni həyatının ən mühüm hadisələri haqda qadınların xatirələri təqdim edilmişdir.

Azərbaycanda qadın hərəkatı haqda şifahi tarixçələr




     Sayt A??q C?miyy?t ?nstitutu - Yard?m Fondu t?r?find?n haz?rlan?b