Home page
Send mail
Forward
Back











QLOSSARİ

Təqdim edilmiş qlossaridə gender nəzəriyyəsi və feminizmin əsas anlayışları vardır. Daha əsaslı anlayışlar üçün Qadın terminologiyaları Tezaurusuna müraciət etməyi məsləhət görürük.




"ÇAYNİKLƏR" ÜÇÜN GENDER

"Çayniklər üçün gender" kursu 2006-cı ildə Henrix Byol adına Fond tərəfindən buraxılmış eyni adlı kitabın materialları əsasında yaradılmışdır.
Bu kitab, həyatlarında heç olmazsa bir dəfə "cinsləri" onların "tavanı" olması problemi ilə üzləşən qadınlar və kişilər üçün yazılmışdır.




RESPUBLİKA GENDER TƏHSİLİ ŞƏBƏKƏSİ

Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. QŞP Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çoxillik və hərtərəfli layihəni yerinə yetirən ilk və yeganə donor təşkilatı idi.
Bu kitab, həyatlarında heç olmazsa bir dəfə "cinsləri" onların "tavanı" olması problemi ilə üzləşən qadınlar və kişilər üçün yazılmışdır.




Respublika gender təhsili Şəbəkəsi: orta məktəbdən ali məktəbdən sonrakı təhsilə qədər gender bərabərliyi


Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. QŞP Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çoxillik və hərtərəfli layihəni yerinə yetirən ilk və yeganə donor təşkilatı idi.

Respublika Müəllimlər İnstitutu - eyni vaxtda 1000-dən artıq gələcək müəllim təhsil alan pedaqoji müəssisədir və burada bütün ali məktəb müəllimlərinin yenidən hazırlanması həyata keçirilir. İnstitutun 11 regional filialı vardır, yəni layihə Ümumrespublika layihəsinə çevrilir. Təhsildə aşkarlığın, xüsusən də avrointeqrasiya prosesində amil kimi vacibliyinə, respublikada son onillikdə baş verən böyük dəyişikliklər səbəb olmuşdur. Xarici, xüsusilə də Avropa təhsil sisteminə inteqrasiya prosesi daha mürəkkəbdir, belə ki, təhsil mühafizəkar sferadır, o, şəffaflıqdan uzaqdır və həm texniki, həm də elmi xarakterli çoxlu problemləri vardır.

Verilmiş layihədə postsovet təcrübəsində ilk dəfə olaraq, orta məktəbdən ali məktəbdən sonrakı təhsilə qədər respublika gender təhsili şəbəkəsi yaradılır. Şəbəkənin özü və onun gələcək inkişafı donor dəstəyi olmadan təhsildə gender bərabərliyinə nail olunmasına dair 7 illik işin yekunu olacaqdır.

Layihənin vəzifələri.

Vəzifə 1. Gələcək müəllimlərin gender məlumatını və biliklərini artırmaq

 

Reallaşdırma mexanizmi

Ø Bakı və regionlarda Müəllimlər İnstitutunun tələbələri üçün interaktiv metodika və ST proqramı ilə Azərbaycan dərsliklərinin gender ekspertizası üzrə silsilə treninqlərin keçirilməsi. Treninqlərin məqsədi - sinif otaqları və məktəbin həssas gender mühitinə çevirməkdə gələcək müəllimlərə kömək etmək.

 

Ø İnstitutun tələbə və müəllimləri üçün "Avropa Qadın Tezaurusu" və "Gender qlossarisi"nin istifadəsinə dair İnformasiya Mərkəzi tərəfindən silsilə treninqlərin keçirilməsi.

 

Vəzifə 2. Azərbaycan ali məktəblərinin professor-müəllim heyətinin gender biliklərini artırmaq

Reallaşdırma mexanizmi

Ø "Müsəlman ölkələrində gender təhsili, qadın bərabərliyi konsepsiyasında islam problematikasının izah edilməsi" treninqinin keçirilməsi. Baş təlimatçi - professor Ayşə Ayatta (Ankara).

Ø Gürcüstan və Ukrayna tədris müəssisələri nümayəndələrinin iştirakı ilə " İnteraktiv Avropa metodikaları və onların gender fənlərinin təlimində əks olunması" treninqinin keçirilməsi.

Vəzifə 3. Təhsil islahatı və gender analizinin ifadə edilmiş məqsədi kimi gender bərabərliyi siyasətini müəyyən edən şəxsləri cəlb etmək.

Reallaşdırma mexanizmi

Ø Dövlət strukturları nümayəndələrinin iştirakı ilə "Gender bərabərliyi və təhsildə avrointeqrasiya prosesi" mövzusunda silsilə dəyirmi masaların keçirilməsi.

 

 

Ø Bolonya sistemi üzrə "kreditlərin" inkişafı və toplanması prinsipləri əsasında işlənilmiş "Təhsildə gender yanaşması" fənninin proqramını hazırlamaq. Bu proqram ixtisas artırma fakültəsinin dinləyicilərinin hazırlığın bir səviyyəsindən sonrakı səviyyəyə keçidində istifadə ediləcək. Bütövlükdə proqram beş modula malik dörd muxtar proqramdan ibarət kompleksi təmsil edəcək. Hər bir modul, yeganə məqsədə nail olmağa - tədris müəssisələrinin rəhbərləri və mütəxəssislərinin gender təhsilinə istiqamətləndirilmiş metodiki vəzifəyə malikdir. Modulların planlaşdırılmasında muxtariyyətləşmənin və "fasiləsiz pedaqoji təhsildə" fasilələrin variantları nəzərə alınacaq. Çoxsəviyyəli gender marşrutlarının məntiqində fasiləsiz diplomdan sonrakı pedaqoji təhsilin təşkili, onun sadəliyini və praktiklər tərəfindən tələb edilməsini artırır. Öz təhsil marşrutunu təşkil etməklə, İAF-ın hər bir dinləyicisi öz səviyyə və proqramını, təlimin müddətini seçə bilər.

 

 

Layihənin səmərəsi

 

Ø Gender təhsili məsələlərinə dair "beyin resursu" və konsultativ qrup kimi fəaliyyət göstərən, partiyadan xaric siyasi məqsədləri formalaşdıran, inteqrasiya edilmiş konsepsiyaları işləyib-hazırlayan və akademik və dövlət orqanları ilə sıx əməkdaşlıqda bir sıra eksperimental layihələri təşəbbüsləndirərək, mümkün gələcək inkişaf yollarını tədqiq edən analitik konsorsium yaradılacaq.

Ø Müəllimlər İnstitutu, AGİM, ST, Ümumavropa təhsil sisteminə inteqrasiya üçün təhsil problemləri üzrə institutun partnyorluğu ilə gender təhsili şəbəkəsi yaradılacaq. Bu şəbəkənin modeli digər fənlərə uyğunlaşdırıla və gələcəkdə Dünya Bankının 10-illik proqramı çərçivəsində dəstəklənə bilər.

Ø Tədris müəssisələri və sosial partnyorlar (AGİM, ST) arasında əlaqə presedenti yaradılacaq.

Ø Ölkənin demokratik inkişafına xidmət edəcək QHT və dövlət təhsil strukturları arasında əməkdaşlığın əsası qoyulacaq.

 

SAYTIN YENİLİKLƏRİ

AGİM komandasının işləyib-hazırladığı və həyata keçirdiyi "Gender proqnozlaşdırılması" interaktiv treninqin materialları ilə burada tanış olmaq olar.

AGİM komandasının işləyib-hazırladığı və həyata keçirdiyi "Vətəndaş cəmiyyətinin informasiya-ekoloji resursları" interaktiv treninq materialları ilə burada tanış olmaq olar.




GENDER TƏHSİLİ RESURSLARININ KATALOQU

Kataloq bu fəaliyyətin əsas istiqamətlərini əks etdirir və alınmış nəticələrlə tanış edir: işlənib-hazırlanmış tədris proqramları və vəsaitlər, nəşr edilmiş kitablar, keçirilmiş məktəblər və seminarlar, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, milli gender portalının yaradılması, virtual resursların təqdim edilməsi, kitabxana resurslarının formalaşdırılması.




QƏRB UNİVERSİTETİ YANINDA GENDER ARAŞDIRMALARI MƏRKƏZİ

Qərb Universiteti yanında Gender Araşdırmaları Mərkəzi 2000-ci ilin iyun ayında yaradılmışdır.

Mərkəzin missiyası:
# Azərbaycan cəmiyyəti üçün yeni olan sosial həyatın analizinə gender yanaşmasının inkişafı və yayılması; # Elmi tədqiqatlara və təhsil proqramlarına gender yanaşmasının inteqrasiyası.

Gender Tədqiqatları Mərkəzinin fəaliyyəti
aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir: - Qadın və gender tədqiqatlarının keçirilməsi; - Gender nəzəriyyəsinin sosial və humanitar elmlərə inteqrasiyası; - Elmi və ictimai əlaqələrin inkişafı; - Konfrans, seminar və simpoziumların keçirilməsi və onlarda iştirak; - Təhsilə yardım edən və elmi-maarifçilik fəaliyyəti; - Gender Tədqiqatları Mərkəzinin nəşrləri.




"GENDER VƏ İNSAN HÜQUQLARI"

Bölmə "Gender inkişafda" PROON layihəsi çərçivəsində yaradılmış eimi-tədqiqat birliyinin fəaliyyətini açıqlayır.




ŞİFAHİ TARİXÇƏLƏR

Bölmədə XX əsrdə Azərbaycanın siyasi və mədəni həyatının ən mühüm hadisələri haqda qadınların xatirələri təqdim edilmişdir.

Azərbaycanda qadın hərəkatı haqda şifahi tarixçələr




     Sayt A??q C?miyy?t ?nstitutu - Yard?m Fondu t?r?find?n haz?rlan?b