Home page
Send mail
Forward
Back











QLOSSARİ

Təqdim edilmiş qlossaridə gender nəzəriyyəsi və feminizmin əsas anlayışları vardır. Daha əsaslı anlayışlar üçün Qadın terminologiyaları Tezaurusuna müraciət etməyi məsləhət görürük.




"ÇAYNİKLƏR" ÜÇÜN GENDER

"Çayniklər üçün gender" kursu 2006-cı ildə Henrix Byol adına Fond tərəfindən buraxılmış eyni adlı kitabın materialları əsasında yaradılmışdır.
Bu kitab, həyatlarında heç olmazsa bir dəfə "cinsləri" onların "tavanı" olması problemi ilə üzləşən qadınlar və kişilər üçün yazılmışdır.




RESPUBLİKA GENDER TƏHSİLİ ŞƏBƏKƏSİ

Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. QŞP Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çoxillik və hərtərəfli layihəni yerinə yetirən ilk və yeganə donor təşkilatı idi.
Bu kitab, həyatlarında heç olmazsa bir dəfə "cinsləri" onların "tavanı" olması problemi ilə üzləşən qadınlar və kişilər üçün yazılmışdır.




HOLLANDİYANIN “HALAL QIZLARI”


2009012105_120Apardıqları teleşou ilə Hollandiyada televiziya ulduzuna çevrilən üç müsəlman gənc qız bu layihə ilə ölkədə İslam haqqında formalaşan yanlış qənaətləri aradan qaldırmağa və İslamın əsl mahiyyətini göstərməyə müvəffəq olublar.

Hollandiyada bu qızları "halal qızlar" adlandırırlar. Onlar ölkə əhalisinə İslamın əsl mahiyyətini çatdıran, onların yanlış İslam təsəvvürlərinin dəyişdirilməsinə müvəffəq olan və artıq teleulduza çevrilən Mərakeş əsilli üç gənc qızdır.

 "Biz Mərakeş əsilli hollandlarıq. Ancaq hər şeydən əvvəl qürurlu müsəlmanlarıq" - deyə bacıların yaşca ən böyüyü 28 yaşlı Əsma Alariaçi "İslamonlayn"a verdiyi müsahibədə bildirib.

Əsma, 24 yaşlı Cihad və 23 yaşlı Həcər iki il bundan əvvəl Hollandiyanın "TV5" kanalında "Halal qızlar"adlı tok - şou layihəsi ilə ekranda görünüblər.

Əsma qeyd edir ki, hər şey Cihadın TV5 kanalında sınaq imtahanı ilə başlanıb.

Şounun direktoru Yam Koyman Cihadın sınaqdan uğurla keçməsindən sonra bu üç bacı ilə görüşünü belə xatırlayır: "Mən geniş yumor hissi, kəskin zəkası və əla ünsiyyət qabiliyyətinə malik baş örtülü qızlarla tanış olduğum zaman çox təsirləndim".

Bundan sonra kanal rəhbərliyi bacılara müxtəlif sosial mövzulardan bəhs edən tok - şou layihəsinin aparıcılığını təklif edib. Beləliklə, bacılar Hollandiyanın teleulduzlarına çevrilirlər.

Son parlament seçkiləri ərəfəsində qızlar seçki prosesi ərzində diqqətləri özlərinə cəlb etməyə nail olurlar.

Onların "DeMeiden van Halal" (Halal Qızlar) telelayihəsi 2007-ci ildə Hollandiyanın ən baxımlı şou proqramlarından birinə çevrilib.

Yanlış qənaətlər aradan qalxır:  Qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, bacıların ekran uğuru zənn edildiyi qədər asan başa gəlməyib.

İOL agentliyinin verdiyi məlumata görə, ölkənin sağçı partiyaları üç müsəlman bacının tok - şou verilişini aparmasına o qədər də müsbət münasibət bəsləmir. "Hicablı qızların ekranda görünməsinə hörmət bəsləmək hər kəs üçün asan deyil" - deyə əvvəllər ingilis dili müəllimi işləyən Əsma bildirib.

 "Ancaq indi hər şey arxada qalıb": Bacılar televiziyada fəaliyyətə başlayarkən ölkədə müsəlmanlar barədə geniş yayılan bir çox yanlış təsəvvürləri aradan qaldırmalı idilər.

"İşin lap əvvəlindən biz öz dini inancımıza uyğun olmayan heç bir mövzu barəsində müzakirə aparmamaqda qətiyyətli idik. Bu tok - şouda demək olar ki, hər şey - narkomaniyadan cinayətə, cinsi zorakılıqdan ekstremizmə qədər bir çox mövzulara toxunulub" - deyə Əsma bildirir.

Əsma əminliklə deyir: "Biz heç bir şey haqqında söhbət açmaqdan çəkinmirik. Bizim dinimiz söz azadlığını müdafiə etməklə yanaşı, bizə opponentlərlə dialoq qurmağımızı da öyrədir".

İslamın imici: Bacılar əmin idilər ki, onların böyük nailiyyəti 16 milyon əhalisi olan ölkənin bir milyona yaxın müsəlman icması barəsində yayılan mifi və yanlış qənaətlərin dəyişməsinə səbəb ola bilər. "Bizim tok - şoumuz insanlara Teo van Qoqun öldürülməsindən sonra İslam haqqındakı yanlış təsəvvürlərini dəyişmək imkanı verir" - deyə Əsma qeyd edib.

Xatırladaq ki, tanınmış holland kino rejissoru Teo Van Qoq 2004-cü ildə İslama qarşı qərəzli sənədli film hazırladıqdan sonra holland əsilli müsəlman Məhəmməd Buyəri tərəfindən öldürülmüşdü.

Baş verən cinayətdən sonra müsəlmanlar dərhal qəzəblə ittiham edilmiş, onlara qarşı ən sərt giriş və inteqrasiya qanunları tətbiq edilməyə başlanmışdı. O zaman bir çox media qurumu bütün müsəlmanları ekstremist yaxud mühafizəkar zahidlər kimi təqdim etməyə can atırdı.

"Bizim məqsədimiz İslamın ekstremizmlə heç bir əlaqəsinin omadıığını göstərməkdir" deyən Əsma sonda bunları əlavə edir: "Ekstremizm bütün dinlərdə mövcuddur. Bütün müsəlmanlar Ben Laden və Buyəri deyillər. Biz də müsəlmanıq".

 

http://education.gender-az.org/

SAYTIN YENİLİKLƏRİ

AGİM komandasının işləyib-hazırladığı və həyata keçirdiyi "Gender proqnozlaşdırılması" interaktiv treninqin materialları ilə burada tanış olmaq olar.

AGİM komandasının işləyib-hazırladığı və həyata keçirdiyi "Vətəndaş cəmiyyətinin informasiya-ekoloji resursları" interaktiv treninq materialları ilə burada tanış olmaq olar.




GENDER TƏHSİLİ RESURSLARININ KATALOQU

Kataloq bu fəaliyyətin əsas istiqamətlərini əks etdirir və alınmış nəticələrlə tanış edir: işlənib-hazırlanmış tədris proqramları və vəsaitlər, nəşr edilmiş kitablar, keçirilmiş məktəblər və seminarlar, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, milli gender portalının yaradılması, virtual resursların təqdim edilməsi, kitabxana resurslarının formalaşdırılması.




QƏRB UNİVERSİTETİ YANINDA GENDER ARAŞDIRMALARI MƏRKƏZİ

Qərb Universiteti yanında Gender Araşdırmaları Mərkəzi 2000-ci ilin iyun ayında yaradılmışdır.

Mərkəzin missiyası:
# Azərbaycan cəmiyyəti üçün yeni olan sosial həyatın analizinə gender yanaşmasının inkişafı və yayılması; # Elmi tədqiqatlara və təhsil proqramlarına gender yanaşmasının inteqrasiyası.

Gender Tədqiqatları Mərkəzinin fəaliyyəti
aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir: - Qadın və gender tədqiqatlarının keçirilməsi; - Gender nəzəriyyəsinin sosial və humanitar elmlərə inteqrasiyası; - Elmi və ictimai əlaqələrin inkişafı; - Konfrans, seminar və simpoziumların keçirilməsi və onlarda iştirak; - Təhsilə yardım edən və elmi-maarifçilik fəaliyyəti; - Gender Tədqiqatları Mərkəzinin nəşrləri.




"GENDER VƏ İNSAN HÜQUQLARI"

Bölmə "Gender inkişafda" PROON layihəsi çərçivəsində yaradılmış eimi-tədqiqat birliyinin fəaliyyətini açıqlayır.




ŞİFAHİ TARİXÇƏLƏR

Bölmədə XX əsrdə Azərbaycanın siyasi və mədəni həyatının ən mühüm hadisələri haqda qadınların xatirələri təqdim edilmişdir.

Azərbaycanda qadın hərəkatı haqda şifahi tarixçələr




     Sayt A??q C?miyy?t ?nstitutu - Yard?m Fondu t?r?find?n haz?rlan?b