| İSLAM ÖLKƏLƏRDƏ GENDER TƏHSİLİ |
Respublika gender təhsili Şəbəkəsi: orta məktəbdən ali məktəbdən sonrakı təhsilə qədər gender bərabərliyi
Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara
xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə
münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi
qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. QŞP
Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çoxillik və hərtərəfli
layihəni yerinə yetirən ilk və yeganə donor təşkilatı idi.
ətraflı... 2007/12/18
| “Qərb ayaqqabısına sığmayan ayaqları nə üçün kəsməli?”: SSRİ-nin keçmiş qeyri-avropa müstəmləkələri və müasir müstəmləkə gender sistemi.
Dünya
miqyasında anlayış və qarşılıqlı təsirin inkişafı üçün, SSRİ-nin keçmiş
qeyri-avropa müstəmləkələri hər şeydən əvvəl özlərinin şəxsi şüurlarının azad
olunmasına möhtacdırlar. İkincisi, sadəcə qərb (və ya Rusiya) klonu olmayan və
sovet dövlət feminizminin təkrarı olmayan feminizm lazımdır.
ətraflı... 2007/11/16
|
|
| BOLON SİSTEMİNDƏ GENDER TƏHSİLİ |
Bolonya sisteminin məqsədi nədədir?
Lakin kim demişdir ki, Bolonya
sistemi irəliyə addımdır. Bu, daha doğrusu, kənara, və hətta bilmərrə geriyə
addımdır. Ola bilsin ki, o, Qərbi Avropa üçün proqressivdir, lakin bizdə o,
əvvəlki islahatlar tərəfindən axırına çıxarılmayan universal təhsilin
qalıqlarını da məhv edir. Təhsilin tamlığı burada hətta ayrıca tədris kursu
səviyyəsində təxmin edilmir. Artıq sözügedən ECTS təxmin edir ki, imtahanlar
faktiki olaraq ləğv edilir, onların yerinə isə tələbə semestr ərzində müəyyən
miqdarda ball toplamalıdır. Hər mövzu üzrə ayrılıqda, test və yoxlama işi
şəklində tədricən imtahan verməlidir.
ətraflı... 2007/12/18
| Təhsilin Bolonya sistemi baha başa gəlir?
Təhsil sferası, Bolonya
prosesinə daxil olması ilə əlaqədar mühüm dəyişikliklərə məruz qalır.
Tələbələrin çoxu, ənənəvi slavyan sistemindən köklü surətdə fərqlənən yeni
təlim sistemini çətinliklə qəbul edirlər. Bolonya sistemi üzrə tələbələrin vaxtının
çoxunu fərdi təlim aparacaq, mühazirələrin və auditoriya işlərinin miqdarı isə
azalacaq. Müəllim, müəllim və rəhbər rolunda deyil, təlim prosesində assistent
rolunda çıxış edəcək. Avropa təhsilində müasir tələbələr informasiya
texnologiyalarına böyük rol ayırırlar.
ətraflı... 2007/12/18
|
Almatının orta təbəqəsi: həyat səviyyəsi, gender fərqləri, identiklik
/S.M.Şakirovanın redaktəsi altında. Almatı:
Gender tədqiqatları mərkəzi. 2007. 200 səh./
Məcmuə, orta təbəqənin
həyat üslubu, gəlirləri, istehlakı, yığımları, şəhər əhlinin sosial halı, orta
təbəqəyə mənsubluğun subyektiv qiymətləndirilməsi, yoxsulluq və zənginliyin
qiymətləndirilməsi, şəhər mühitinin komfortluluğunun qiymətləndirilməsi kimi fenomenlərin
misalında Almatı şəhərinin orta təbəqəsinin keyfiyyət və miqdar əlamətlərinin
təsvirinə həsr edilmişdir.
ətraflı... 2007/11/16
| Oktyabr ayında qadınlar üçün yeni dini jurnal işıq üzü görəcək
"Qolubuşka"
mədəni-maarif mərkəzi parlaq qadın jurnalı buraxmağı planlaşdırır. Jurnalın ilk
nömrəsi təxminən oktyabrın 5-də çıxacaq - bu nüsxə hədiyyəlik olacaq.
Nəşr
gənc fəal qızlara istiqamətləndirilmişdir. "Qolubuşka" jurnalının baş redaktoru
K.Xaydarova IslamNews İA-ya verdiyi müsahibədə demişdir: "Biz "Qolubuşka"
jurnalını dini jurnal kimi mövqe tutmasını istəmirik, lakin onu tam dünyəvi də
adlandırmaq olmaz. O, fəal, işgüzar, təmiz həyat tərzi keçirən gənc qızlara
istiqamətləndirilmişdir".
ətraflı... 2007/11/16
| Gender təhsili resurslarının katalogu
  QŞP-nin bütün fəaliyyətini əhatə etmək iddiasında
olmayaraq, biz qeyd etmək istəyirik ki, «Açıq Cəmiyyət» İnstitutunun Qadın
Şəbəkə Proqramı Azərbaycanda gender təhsili üzrə uzun müddətli və çoxprofilli
layihə başlayan ilk donor təşkilatı idi. Kataloq bu fəaliyyətin əsas
istiqamətlərini əks etdirir və alınmış nəticələrlə tanış edir:
işlənib-hazırlanmış tədris proqramları və vəsaitləri, nəşr olunmuş kitablar,
keçirilmiş məktəb və seminarlar, regional və beynəlxalq əməkdaşlığın
gücləndirilməsi, milli gender portalının yaradılması, virtual resursların
təqdim edilməsi, kitabxana resurslarının formalaşdırılması - bütün bunlar,
təhsil sahəsində gender biliklərinin institutlaşdırılmasının mühüm mərhələləri
oldu.
ətraflı... 2007/11/01
|
|